Bakıda yük maşını qatarla  toqquşdu, ölən var - VİDEO
27 fevral 2026 14:46 (UTC +04:00)

Bakıda yük maşını qatarla toqquşdu, ölən var - VİDEO

0

Bakıda qatar yük maşını ilə toqquşub.

Lent.az-ın məlumatına görə, hadisə gecə saatlarında Xəzər rayonu, Qala qəsəbəsində qorunmayan keçiddə qeydə alınıb.

Şərur rayon sakini 45 yaşlı Rövşən Ədalət oğlu Sultanovun idarə etdiyi “KamAZ” markalı avtomobil qatara çırpılıb. Nəticədə R. Sultanov hadisə yerində ölüb.

Məlumata görə, Biləcəri lokomotiv deposuna məxsus elektrovozun tərkibində 38 ədəd boş qoşqulu çən olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar