90 yaşlı insanlar ən çox nəyə görə peşman olurlar?
27 fevral 2026 13:05 (UTC +04:00)

90 yaşlı insanlar ən çox nəyə görə peşman olurlar?

0

Təlatümlü gəncliklə yanaşı, 90 yaşlılar pensiyaya çıxdıqdan sonra etdikləri səhvlərə görə də özlərini qınayırlar. 90 yaşlı insanlar ən çox nəyə görə peşman olurlar. Lent.az bu barədə məlumat verir:

İrəli yaş çox vaxt müdrikliklə əlaqələndirilir. Bəzi dünya liderlərinin hörmətli yaşlarına baxmayaraq sərgilədikləri davranışlara nəzər saldıqda bununla mübahisə etmək olar. Amma bir həqiqət danılmazdır: insan yaşlandıqca keçmiş səhvlərini daha aydın görür. 90 yaş və daha yuxarı insanlarla kiçik sorğu keçirib. Pensiyaya çıxdıqdan sonra hansı səhvləri etdiklərini soruşub. Ümumilikdə 20 nəfər sorğuda iştirak edib və cavabların əksəriyyəti oxşar olub. 

Fiziki aktivlikdən imtina

Braunun sözlərinə görə, bu, ən geniş yayılmış şikayət idi. Demək olar ki, danışdığı bütün insanlar “könüllü hərəkətsizlik” etdiklərini və bunun nəticəsində orqanizmin sürətlə zəiflədiyini etiraf ediblər.

“Düşünürdüm ki, yetmiş yaş artıq qocalıqdır. Ona görə də özümü qoca kimi aparırdım. Səhər gəzintilərini dayandırdım, üzməyi buraxdım. Səksən yaşımda bədənim necə düzgün hərəkət etməyi unutmuşdu”, - deyə sorğuda iştirak edənlərdən biri bildirib.

Özünü inkişaf etdirməmək

“Birdən-birə çox vaxtım yarandı. Amma həyatımın mənasını dərinləşdirmək əvəzinə sadəcə televizora baxır, nəzarət edə bilmədiyim şeylərə görə narahat olurdum”, - deyə vaxtilə müəllim olmuş bir təqaüdçü etiraf edib.

Pul yığmağa həddindən artıq meyl

Bir çox yaşlı insan etiraf edir ki, əslində xərcləyə biləcəklərindən daha çox pulları var. Braunla danışanlar deyiblər ki, pensiyaya çıxsalar da, vərdiş üzrə qənaət etməyə davam ediblər və pulu gələcəyə saxlayıblar. Bəziləri indi sağlamlıqları imkan verərkən səyahət etmədiklərinə və restoranlara getmədiklərinə görə peşmandırlar.

“Səksən və doxsan yaşımda hər qəpiyi yığırdım. Amma indi nə səyahət edə bilirəm, nə istədiyimi yeyə bilirəm, hətta bu otaqdan güclə çıxıram. Bəs indi nə üçün yığıram"? - deyə bir kişi bildirib.

Danışılmamış xatirələr

90 yaşlılar həyatlarının bir çox detallarını unutduqlarını deyirlər. Halbuki 20 il əvvəl onları xatırlayırdılar, amma uşaqlarına və nəvələrinə danışmamışdılar. Bu isə bölüşülməli olan, lakin itirilmiş təcrübədir.

“Nəvələrim mənim əslində kim olduğumu bilmirlər. Onlar məni sadəcə nənə kimi tanıyırlar, amma macəralarımdan, çətinliklərimdən, babaları ilə necə tanış olduğumdan, onların doğulmasından əvvəl həyatın necə olduğundan xəbərsizdirlər”, - deyə göz yaşları içində bir qadın etiraf edib.

Bağışlanmamış incikliklər

Bu, 90 yaşlıların daşıdığı ən ağır emosional yüklərdən biridir. Braunla danışan yaşlılar uzun illər əvvəl küsülü qaldıqları bacı-qardaşlarını, övladlarını və köhnə dostlarını xatırlayıblar.

“Qardaşımla iyirmi il danışmadım. Hətta nə səbəbdən küsülü olduğumuzu belə xatırlamıram”, - deyə bir qadın bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar