Saytlara maliyyə dəstəyinin məbləği  artırıldı
13 noyabr 2025 12:31 (UTC +04:00)

Saytlara maliyyə dəstəyinin məbləği artırıldı

0

Onlayn media subyektlərinə maliyyə dəstəyinin məbləği artırılıb.

Lent.az-ın xəbərinə görə, bu gün Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə dəstək üçün müsabiqə elanında bildirilib ki, yekunda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 5000 manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanacaq.

 

Qeyd edək ki, əvvəllər bu məbləğ 3000 manat təşkil edib.

Bundan başqa, digər dəyişikliyə əsasən, onlayn media subyektinin bu dövr ərzində müvafiq dörd nəfər işçinin hər birinin əməkhaqqının minimum məbləği 800 manat təşkil etməlidir.

Xatırladaq ki, daha əvvəl üç işçinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar