"Şəkillərini yayacam", deyib şantaj etməyin  cəzası nədir? - CAVAB
26 noyabr 2025 15:50 (UTC +04:00)

"Şəkillərini yayacam", deyib şantaj etməyin cəzası nədir? - CAVAB

0

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual şantaj etməyin cəzası ilə bağlıdır.

Şəkillərini paylaşacam, yaxınlarına göndərəcəm, deyib, şantaj etməyin məsuliyyəti nədir?

Lent.az xəbər verir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının üzərində zor göstərmə, habelə onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlak xarakterli digər hərəkətlər etməsini tələb etmə üç ildən, 5 ilədək müddətdə həbs ilə cəzalandırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 96

Oxşar yazılar