“Sərt karantin rejimi davam edərsə..." - Nazir birdəfəlik ödəmədən danışdı
29 dekabr 2020 11:49 (UTC +04:00)

“Sərt karantin rejimi davam edərsə..." - Nazir birdəfəlik ödəmədən danışdı

0

“Əhaliyə pandemiya ilə əlaqədar birdəfəlik ödəmə 2020-ci ildə yaşayış minimumu həcmində verilirdi”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, əgər sərt karantin rejimi 2021-ci ildə də tətbiq edilərsə, bu məsələyə, verilən ödəmənin yenə də yaşayış minimumu həcmində olmasına hökumətdə baxılacaq. O, birdəfəlik ödəmələrin verilməsinin elektron qaydada həyata keçirildiyini qeyd edib.

Qeyd edək ki, deputat Fazil Mustafa birdəfəlik ödəmələrin 196 manat olmasını təklif etmiş, yardımların verilməsi ilə bağlı da şikayətlərin çoxluğunu bildirmiş, bununla bağlı nəzarət mexanizminin gücləndirilməsinin vacibliyini vurğulamışdı.

Əlavə edək ki, gələn il üçün yaşayış minimumu 196 manat məbləğində müəyyənləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1615

Oxşar yazılar