Azərbaycanın Şimal-qərb bölgəsinə qar yağıb.
Lent.az xəbər verir ki, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
Ötən gün axşam saatlarından başlayaraq Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının ərazilərinə fəsilələrlə yağış yağıb.
Martın 8-dən 9-a keçən gecədən başlayaraq Şəki və Oğuz rayonlarının ərazilərinə yağan yağış qara çevrilib.
Hazırda Oğuz və Şəki rayon mərkəzlərində qarın hündürlüyü 5 sm, rayonların dağətəyi kəndlərində isə qarın hündürlüyü 10-15 sm təşkil edir.
Şəki və Oğuz rayonlarının ərazisinə qarın yağması davam edir.
Vüqar Heydərov