Azərbaycanda faktiki hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, iyunun 16-sı saat 14:00-a olan məlumatına əsasən, Daşkəsən, Göygöl, Neftçala, Xınalıq, Quba, Biləsuvarda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Leysan nəticəsində saat 13:20 radələrində Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay-Qaraqollar çayından sel keçib.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 18-20 m/s-dək güclənib.