Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
25 may 2024 09:56 (UTC +04:00)

Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Mayın 25-i saat 9:30-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.a-za verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Şahdağda isə qar yağıb.

Düşən yağıntının miqdarı Gədəbəy, Göygöldə 20 mm, Qusar, Daşkəsəndə 17 mm, Yardımlıda 15 mm, Tovuzda 14 mm, Şəki, Qəbələdə 13 mm, Mingəçevirdə 12 mm, Qrız, Şəmkirdə 11 mm, Oğuzda 10 mm, Gəncədə 9 mm, Cəlilabad, Lerik, Ağdam, Naftalan, Yevlax, Tərtər, Ağstafa, Qax, Xaltan, Ordubad, Balakən, Sədərək, Astara, Culfa, Şərur, Zaqatala, Ceyrançöl, Qobustan, Naxçıvan, İsmayıllı, Altıağac, Göyçay, Beyləqan, İmişli, Sabirabad, Biləsuvar, Neftçala, Bərdə, Şahbuzda 8 mm-dək olub.

Şimal-qərb küləyi arabir Gəncədə 20 m/s, Naftalanda 18 m/s, Naxçıvanda 16 m/s-dək güclənib.

Sumqayıt, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax, Qrız, Şahdağ, Lerik, Mingəçevirdə duman müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2757
avatar

Oxşar yazılar