SMS və ya “E-Təbib” vasitəsilə icazə almadan hərəkətin mümkün olduğu hallar açıqlandı
08 dekabr 2020 15:54 (UTC +04:00)

SMS və ya “E-Təbib” vasitəsilə icazə almadan hərəkətin mümkün olduğu hallar açıqlandı

0

Vətəndaşların yaşayış yerini və olduğu yeri SMS göndərmədən və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə almadan nə zaman tərk etmək hüququnun olduğu məlum olub.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında əksini tapıb. 

Qərara əsasən, şəxsin həyat və sağlamlığına bilavasitə təhlükəli vəziyyət yarandıqda; məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda (məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırılmasına dair sənəd əsasında) yaşayış yerini və olduğu yeri SMS göndərmədən və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə almadan tərk etmək hüququ var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2634

Oxşar yazılar