Son statistika:  4219 yoluxma, 3562 sağalma, 38 ölüm
10 dekabr 2020 16:53 (UTC +04:00)

Son statistika: 4219 yoluxma, 3562 sağalma, 38 ölüm

3

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 219 yeni yoluxma faktı qeydə alınıb, 3 562 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 162 774 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 99 892 nəfər müalicə olunaraq sağalıb, 1 793 nəfər vəfat edib, aktiv xəstə sayı 61 089 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 006, ötən müddət ərzində isə ümumilikdə 1 902 584 test aparılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 1203

Oxşar yazılar