SOS:  Koronavirusun hamilə qadınlara yarada biləcəyi CİDDİ TƏHLÜKƏ
17 dekabr 2020 17:51 (UTC +04:00)

SOS: Koronavirusun hamilə qadınlara yarada biləcəyi CİDDİ TƏHLÜKƏ

0

Koronavirusun hamilə qadınlara yarada biləcək ciddi təhlükəsi aşkarlanıb. 

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə "Nova Clinic" Reproduksiya mərkəzi məlumat yayıb.

Mütəxəssislərin gəldiyi qənaətə görə, COVID-19 infeksiyası hamilə qadınlarda hemostaz sisteminin kəskin aktivləşməsinə səbəb olur: 

“İnfeksiyanın təsiri nəticəsində "trombotik fırtına" baş verə bilər ki, bu da qanın laxtalanmasına səbəb olur. Bu, ana və döl üçün təhlükəlidir. Qanın laxtalanması uşaqlıqda qan axınının pozulmasına, ciftin qalınlaşmasına və dölün inkişafının gecikməsinə gətirib çıxarır”.  

Mütəxəssislər çıxış yolu kimi problemin vaxtında aşkarlanmasının, eləcə də hamilələrə qanı duruldan dərmanların yazılmasının zəruriliyini vurğulayıblar. 

Rəsul
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3737

Oxşar yazılar