“Qusar rayonunda dövlət sərhəd zonasının Nəcəfkənd-Qələnxur ərazisində ağacların kəsilməsi barədə sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb”.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat daxil olub.
Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, əraziyə keçirilən baxış zamanı ağacların kəsilməsi faktı aşkar edilib:
“Araşdırma zamanı ağacların kəsildiyi ərazinin Dövlət Sərhəd Xidmətinin daimi istifadəsinə verilmiş torpaq sahəsinə aid olmadığı məlum olub. Hazırda təbiətə dəymiş ziyanın məbləğinin və təqsirkarların müəyyənləşdirilməsi məqsədilə müvafiq işlər aparılır".

Hikmət Əlizadə
Sosial şəbəkələrdə paylaşılan ağacların kəsilməsi faktı təsdiqini tapdı - RƏSMİ
Oxşar yazılar

Arıqlamağa mane olan ət növləri
17 iyun 2025 , 14:45
Bakıda "su yığmağa" gərək var? - Sakinlərin narahatlıqlarına qurumdan CAVAB verildi
17 iyun 2025 , 13:55
Güclü leysan yağacaq - Sabahın havası
17 iyun 2025 , 12:49
NOVXANIDA ƏMƏLİYYAT: səs-küy salan restoranlar CƏRİMƏLƏNDİ
17 iyun 2025 , 12:46
Neçə gün şəxsiyyət vəsiqəsiz yaşamağa icazə var? - CAVAB
17 iyun 2025 , 11:55
Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA
17 iyun 2025 , 11:40
Yayı unudulmaz keçirəcək 5 bürc: siyahıda kimlər var?
17 iyun 2025 , 09:09