Sumqayıtda qaz kəsiləcək
08 dekabr 2025 11:00 (UTC +04:00)

Sumqayıtda qaz kəsiləcək

0

Sumqayıt şəhərində 2 min abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

"Azəriqaz"dan Lent.az-a bildirilib ki, Sumqayıt şəhərinin Yaşıl Dərə ərazisinin bir hissəsində d=159 mm-lik orta təzyiqli yeraltı qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması ilə əlaqədar bu gün saat 12:00-dan etibarən 2 min abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir-bərpa işləri başa çatdıqdan sonra bərpa ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar