Sürücülük vəsiqəsi olanlar yenidən imtahan  verə bilərlər
19 may 2025 10:42 (UTC +04:00)

Sürücülük vəsiqəsi olanlar yenidən imtahan verə bilərlər

Rusiyada Yol Təhlükəsizliyi Aktına maraqlı dəyişiklik edilib. Belə ki, “B” kateqoriyalı sürücülər imtahan verərək daha geniş kateqoriyalı nəqliyyat vasitələri idarə edə bilirlər. Buraya, qar arabaları, həmçinin motorlu oturacaqlı və motorlu təkərli üç, eləcə də dörd təkərli velosipedlər aiddir.

Bəs bu təcrübə Azərbaycanda da istifadə oluna bilərmi? Sürücülük vəsiqəsi olanlar yenidən imtahan verə bilərlərmi? 

Lent.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, gələcəkdə “A1” və “B1” kateqoriyalarını birləşdirmək olar:

“Azərbaycanda bu cür nəqliyyat vəsitələrini idarə etmək üçün “A” və “A1” altkateqoriyası var. “B” kateqoriyası isə yalnız 3,5 tona qədər olan nəqliyyat vasitələrini idarə etmək üçündür. 

Gələcəkdə bizdə də bu təcrübəyə baxmaq və iki kateqoriyanı birində, xüsusən “B1” altkateqoriyasında birləşdirmək olar. 

Rusiyada bu təcrübəyə başlanılırsa, zamanla onun effektivliyinə baxıb, Azərbaycanda tətbiq olunub-olunmayacağını müzakirə etmək olar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1057

Oxşar yazılar

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

19 may 2025 , 16:07
Nöqsanlara görə əyləncə mərkəzi BAĞLANDI  -FOTOLENT

Nöqsanlara görə əyləncə mərkəzi BAĞLANDI -FOTOLENT

19 may 2025 , 14:22
Azərbaycanda donor olmaq istəyənlərin SAYI AÇIQLANDI

Azərbaycanda donor olmaq istəyənlərin SAYI AÇIQLANDI

19 may 2025 , 14:04
 Leysan yağacağı   XƏBƏRDARLIĞI

Leysan yağacağı XƏBƏRDARLIĞI

19 may 2025 , 12:34
Bağçalara qəbul dayandırılır

Bağçalara qəbul dayandırılır

19 may 2025 , 12:00
Qəbul imtahanları ilə bağlı DİM-dən müraciət

Qəbul imtahanları ilə bağlı DİM-dən müraciət

19 may 2025 , 11:45
Bakıda leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda leysan olacaq - XƏBƏRDARLIQ

19 may 2025 , 10:45
Mayın ikinci yarısında şanslı olacaq  BÜRCLƏR

Mayın ikinci yarısında şanslı olacaq BÜRCLƏR

19 may 2025 , 09:09