"Təhlükəli Virus. Birinci il" filmi:  COVID-19-un dəhşət saçan nəticələri AÇIQLANDI  - VİDEO
15 dekabr 2020 13:00 (UTC +04:00)

"Təhlükəli Virus. Birinci il" filmi: COVID-19-un dəhşət saçan nəticələri AÇIQLANDI - VİDEO

0

“Koronaviruslu xəstələrin səhhətində ciddi ağırlaşmalar, təxminən yoluxmanın 7-10-cu günündə özünü büruzə verir”. 

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Moskvada yaradılmış modul tipli xəstəxanalardan birinin Baş həkimi Denis Protsenko Nail Əsgər-zadənin “Rusiya-1” telekanalı üçün hazırladığı "Təhlükəli Virus. Birinci il" sənədli filmində bildirib. 

Protsenko yeni növ virusun daha ağır nəticələrə səbəb olmasından danışıb: 

“Koronavirus sinir sistemini güclü təsir edir və bu səbəbdən belə xəstələrdə depressiya baş verə bilər. Hətta yoluxmuş xəstə intihar etmək fikrinə də düşə bilər”. 

Baş həkim koronavirusun dəridə müxtəlif təzahürlərlə də özünü göstərə bilməsini əlavə edib.

Hazırda ikinci dalğanın olduğunu deyən Protsenko üçüncü dalğayadək təsirli peyvəndin hazırlanacağına ümid etdiyini vurğulayıb.

Rəsul

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6209

Oxşar yazılar