Tərtərdə məktəb binası yandı
09 may 2025 23:00 (UTC +04:00)

Tərtərdə məktəb binası yandı

Tərtər rayonunda məktəb binası yanıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Azad Qaraqoyunlu kəndinə qeydə alınıb. 

Belə ki, yanğın baş verən əraziyə FHN-nin yanğınsöndürən briqadası cəlb olunub. Yanğının qarşısı alınıb.

Qeyd edək ki, yanğın baş verən bina vaxtilə şəhid  Şükür Rəhimov adına Azad Qaraqoyunlu kənd  tam orta məktəbi kimi fəaliyyət göstərib.

İnzibati binada keçmiş məcburi köçkünlər də yaşayıb. Yanğın səbəbi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370

Oxşar yazılar