Üç və daha çox uşağı olan analar daha tez pensiyaya  çıxacaqlar?
20 noyabr 2025 16:12 (UTC +04:00)

Üç və daha çox uşağı olan analar daha tez pensiyaya çıxacaqlar?

0

Üç və daha çox uşağı olan analara erkən, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun verilməsi təklif olunub.

Lent.az APA-ya istinadla xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli çıxış edib.

Deputat deyib ki, erkən pensiyaya çıxma məsələsi çox aktualdır: “Bu kontekstdə 5 və daha çox uşağı olan analar bu hüquqdan istifadə edə bilir. Təklif edirəm ki, bu, üç və daha çox uşağa olan analara şamil edilsin. Bu, sosial nöqteyi-nəzərdən çox ədalətli olar”.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, hazırda 5 və daha çox uşağı olan şəxslərin güzəştli şərtlərlə (pensiya yaş həddi 5 il azaldılmaqla) pensiyaya çıxmaq hüququ var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar