Uşaqlar arasında hansı xəstəlik yayılır? -  PEDİATR AÇIQLADI
27 sentyabr 2023 19:16 (UTC +04:00)

Uşaqlar arasında hansı xəstəlik yayılır? - PEDİATR AÇIQLADI

Son günlərdə hava temperatorunun kəskin şəkildə dəyişməsi uşaqlar arasında müxtəlif infeskiyaların yayılmasına səbəb olub. 

Maraqlıdır, görəsən, uşaqları bu xəstəliklərdən necə qorumaq lazımdır?

Pediatr Qoşqar İsmayılov Lent.az-a bildirib ki, bu xəstəliklər uşaqlarda yuxarı və aşağı tənəffüs yollarında yaranan infeksiyalar, hərarətin yüksəlməsi, iştahsızlıq, burunaxma, halsızlıq və səpkilərlə özünü göstərir. 

Onun sözlərinə görə, məlum hava şəraiti yoluxucu xəstəliklərin artmasına səbəb olur:

“Kliniki olaraq bəzi xəstələrin əllərində, ayaqlarının altında və ağız ətrafında müxtəlif səpkilər olur. Buna əl-ayaq-ağız xəstəliyi deyilir. Bəzi uşaqlarda isə bu səpkilər bütün bədəndə yaranır. Bu cür hallarla rastlaşdıqda uşaq mütləq şəkildə pediatra yoxlanmalıdır”.

# 3030
avatar

Arzu Qurbanlı

Oxşar yazılar