Uşaqlar arasında yayılan xəstəliklə bağlı nazirlikdən AÇIQLAMA
24 iyul 2025 17:00 (UTC +04:00)

Uşaqlar arasında yayılan xəstəliklə bağlı nazirlikdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi ölkə ərazisində uşaqlar arasında yoluxucu xəstəlik yayılıb.

Xəstəliklə bağlı Lent.az-ın sorğusuna Səhiyyə Nazirliyindən bildirilib ki, ölkə üzrə yoluxucu xəstəliklərlə bağlı səhiyyə müəssisələrinə edilən müraciətlərin sayında nəzərəçarpacaq artım qeydə alınmayıb.

"Uşaqlarda rast gəlinən hallar əsasən yüngül simptomlarla müşayiət olunur və qısa müddətdə sağalma ilə nəticələnir.
Dövlət Sanitariya Nəzarəti müəssisələri epidemioloji durumu daim nəzarətdə saxlayır və zəruri profilaktik tədbirlər görülür.

Valideynlərdən xahiş olunur ki,  uşaqların gigiyenası, qidalanması, uzun müddət qızmar günəş altında qalmasına və immun sistemini dəstəkləyən rejimlərinə diqqət yetirsinlər". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 894

Oxşar yazılar