Uşaqların qızdırmasını yalnız bu dərman salır - Həkim açıqladı
15 yanvar 2026 11:10 (UTC +04:00)

Uşaqların qızdırmasını yalnız bu dərman salır - Həkim açıqladı

0

Uşaqlar arasında son günlər yüksək hərarət, boğaz ağrısı və öskürəklə müşayiət olunan xəstəlik yayılıb. Temperaturun yüksəkliyi o həddə çatır ki, onu hər hansısa dərman vasitəsi ilə endirməyə valideynlər çətinlik çəkirlər. 

Bəs görəsən, hansı dərman pereparatı vaxtında, erkən istifadə olunduqda, uşağın qızdırmasını sala bilir?

Lent.az xəbər verir ki, bu barədə həkim-pediatr Elşən Tağıyev danışıb.

O qeyd edib ki, "Fluvir" adlı dərmanı ilk iki gündə qəbul etdikdə, yüksək hərarət də yaranmır:

"Qrip əleyhinə istifadə olunan bu dərmanı xəstəliyin ilk 2 günündə, yəni 48 saat ərzində vermək lazımdır. Bu, həm xəstəliyin müddətini, həm də ağırlaşma ehtimalını 50% azaldır. Ağırlaşmalara gəlincə, buraya qulaq ağrısı, pnevmoniya və sinusit daxildir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1332

Oxşar yazılar