Üzünüzü dəsmalla  qurulamayın - Tez qocalırsınız
23 yanvar 2026 19:07 (UTC +04:00)

Üzünüzü dəsmalla qurulamayın - Tez qocalırsınız

0

Duşdan və ya üzümüzü yuduqdan sonra üzü dəsmalla qurulamaq bir çoxumuzun uşaqlıqdan öyrəşdiyi vərdişdir. Amma mütəxəssislər bu davranışın dərimiz üçün zərərli olduğunu bildirirlər. Çoxları isə bunun üz dərisinə necə təsir etdiyini heç düşünmür.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, gözəl üz dərisi ilə dəsmal bir-birinə uyğun gəlmir.

İlk baxışda bunda qorxulu heç nə yoxdur kimi görünür, lakin reallıqda hamam dəsmalı bakteriyalarla dolu olur. Biz də onu təmizlənmiş üzümüzə toxundurduqda həmin bakteriyalar asanlıqla dərimizə keçir. Nəticə isə xoş olmaya bilər: sızanaqlar yarana, məsamələr tıxana bilər.

Hətta üz üçün ayrıca dəsmal istifadə edənlər də çox vaxt onu hər gün yuyub dəyişmir. Bir həftə ərzində dəsmalın üzərində o qədər bakteriya toplanır ki, sonradan üzdə yaranan “sürprizlərə” təəccüblənməyə dəyməz. İdeal halda üz üçün dəsmal hər istifadədən sonra dəyişdirilməlidir.

Bundan başqa, tüklü dəsmal üz dərisi üçün həddindən artıq kobuddur. Bu isə dəridə xırda zədələrə, qıcıqlanmaya və hətta qırışların yaranmasına səbəb ola bilər. Burada paradoksal bir vəziyyət də ortaya çıxır: dəsmalı bakteriya yığılmasın deyə nə qədər tez-tez yusanız, o bir o qədər sərtləşir və dərini daha çox zədələyir.

Bu da üz üçün dəsmaldan birdəfəlik imtina etməyə əsas verən daha bir mühüm səbəb sayılır.

Lakin məsələ bununla bitmir. Əgər hər gün üzü dəsmalla qurulayırsınızsa, bir müddət sonra başqa bir narahatlıqla da qarşılaşa bilərsiniz: üz dəriniz daha yağlı ola bilər. Çünki dəsmal dərinin təbii yağlarını da təmizləyir. Halbuki həmin yağlar dərinin sağlam qalması üçün vacibdir. Orqanizm bunu kompensasiya etmək üçün piy vəziləri vasitəsilə daha çox yağ ifraz etməyə başlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar