Xarici diplomların tanınması üçün bu tələb  ləğv olundu
20 fevral 2024 14:41 (UTC +04:00)

Xarici diplomların tanınması üçün bu tələb ləğv olundu

Xaricdə təhsil alanların diplom tanınması ilə bağlı müraciətində dil tələbi aradan qaldırılıb.

Lent.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

O bildirib ki, əvvəlki qaydalara görə xaricdə təhsil alan tələbə diplom tanınması üçün müraciət etdikdə tədris dili ilə bağlı imtahan verirdi:

“Lakin hazırda diplom tanınması ilə bağlı dil tələbi aradan qaldırılıb. Bu səbəbdən diplomunun tanınması ilə bağlı müraciətinə mənfi rəy verilən şəxslər yenidən müraciət edə bilərlər”.

# 4752
avatar

Oxşar yazılar