100 kq yararsız ətin satış şəbəkəsinə daxil olmasının qarşısı alındı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının birgə həyata keçirdiyi monitorinq zamanı Gəncə şəhəri ərazisində Kazımov Babək Vilayəddin oğluna məxsus 20-DN-525 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə 100 kq istehlaka yararsız ət aşkar olunub.
Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşa məxsus avtomobilə baxış zamanı avtomobilin yük yerində 1 baş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb. İlkin baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqonoleptik göstəricilərinə görə, ətin qansızlaşdırılmasının düzgün aparılmadığı müəyyən edilib. Ümumi çəkisi 100 kq olan, insan istehlakı üçün istifadəyə yararsız, mənşəyi məlum olmayan ətin ölmüş heyvana məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülüb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək.
Oxşar yazılar

Avqustda pulla çiməcəklər: Siyahıda 3 BÜRC var
5 avqust 2025 , 00:02
Bu xiyarlar bankada partlaya bilər - Hansı meyvələri heç vaxt konservləşdirilməməlidir
4 avqust 2025 , 19:59
Meteohəssas insanlara sabahın havsı ilə bağlı XƏBƏRDARLIQ
4 avqust 2025 , 18:44
Şöhrət, pul, sevgi: Avqustda şanslı olacaq 4 BÜRC
4 avqust 2025 , 18:28
Bakının bu rayonunda işıq olmayacaq
4 avqust 2025 , 17:56
Dağlarda rekord sayda ölüm: Nə baş verir?
4 avqust 2025 , 17:31
Bakını toz bürüdü
4 avqust 2025 , 16:39