4591 qanunvericilik pozuntusu aşkarlandı
07 mart 2013 16:37 (UTC +04:00)

4591 qanunvericilik pozuntusu aşkarlandı

0

Vergilər Nazirliyi operativ nəzarət tədbirlərini davam etdirir. Lent. az-ın məlumatına görə,  bu ilin fevral ayı ərzində   vergi orqanlarının apardıqları tədbirlər zamanı 4591 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. 2607  ödəyicinin  nağd hesablaşmaların aparılması qaydalarına əməl etmədiyi, 598  ödəyicinin  qanunla nəzərdə tutulmayan valyutanı ödəniş vasitəsi kimi işlətdiyi və s. bu kimi pozuntular  aşkarlanıb.

1600 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi,  fərqlənmə nişanı olmayan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 199 ədəd markalanmamış mal  müəyyənləşdirilib.

Aşkar edilmiş faktlarla bağlı  tədbirlər görülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 647

Oxşar yazılar