Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə bu ilin 15 yanvar tarixindən mart ayının 17-nə kimi (60 gün) 32754 vətəndaş müraciət edib, xidmətlərdən yararlanıb. Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyət, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar sayca fərqlənib.
Pilot layihə çərçivəsində Bakının Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan vətəndaşlara xidmət göstərir.