
“Azərbaycanın 7 möcüzəsi” layihəsinin birinci mərhələsi başa çatdı
IDEA İctimai Birliyi və “Nature and History Production”ın birgə təşkilatçılığı ilə start verilən “Azərbaycanın 7 möcüzəsi” layihəsinin ilkin mərhələsi başa çatıb.
Lent.az xəbər verir ki, layihə çərçivəsində keçirilən səsvermə nəticəsində namizədlər siyahısından 25 finalçı obyekt müəyyən olunub.
İctimaiyyət tərəfindən böyük maraqla qarşılanan layihənin ikinci mərhələsinə noyabr ayında başlanacaq. Bu mərhələdə alimlərin, tədqiqatçıların və ekspertlərin iştirak etdiyi televiziya layihəsinə start veriləcək. 25 həftə ərzində davam edəcək verilişlərin hər biri, əhali tərəfindən seçilmiş finalçı obyektlərdən birinə həsr olunacaq.
Qeyd edək ki, “Azərbaycanın 7 möcüzəsi” layihəsinə cari ilin may ayında start verilib. Məlum olduğu kimi, 2007-ci ildə keçirilən ümumdünya səsverməsi nəticəsində dünyanın yeni yeddi möcüzəsi açıqlanmış, bundan sonra bir çox ölkələr öz möcüzələrini seçmək üçün bu cür layihələri həyata keçirməyə başlamışdır. Beləliklə, Azərbaycan da öz möcüzələrini müəyyənləşdirmək məqsədilə belə bir layihəyə start vermiş və Yeddi.az saytı vasitəsilə səsvermə keçirmişdir.
“Azərbaycanın 7 möcüzəsi” layihəsinin əsas məqsədi cəmiyyətdə vətənpərvərlik hisslərini artırmaq, milli-mədəni və tarixi irsimizi qorumaq, mübahisəli və təhrif edilmiş faktları tarixi abidələr fonunda araşdırmaq, Azərbaycandakı tarixi, mədəni, eləcə də təbii obyektlərin tanıdılması və mühafizəsinə diqqət yönəltməkdir.
Layihə çərçivəsində növbəti ilin may ayının əvvəlində baş tutacaq son səsvermənin nəticəsində 25 namizəddən 7 qalib seçiləcək və 28 may - Respublika Günündə “Azərbaycanın 7 möcüzəsi” adına layiq görülən abidələr ictimaiyyətə elan olunacaq.
Səsvermə nəticəsində seçilən 25 finalçı obyektlə www.yeddi.az saytından tanış ola bilərsiniz.
Oxşar yazılar

10 abituryent 600-dən yuxarı bal topladı - Universitetə daxil ola bilmədi
22 avqust 2025 , 23:15
Ali məktəblərə qeydiyyatın vaxtı açıqlandı
22 avqust 2025 , 22:58
Boş qalan yerlərə ixtisas seçiminin vaxtı açıqlandı
22 avqust 2025 , 22:53SON DƏQİQƏ: Universitetə qəbul cavabları çıxdı
22 avqust 2025 , 22:31
Yayda avtomobil almayın! - Analitiklər səbəbini AÇIQLADI
22 avqust 2025 , 20:00
Sumqayıtda 3500 abonentin qazı kəsiləcək
22 avqust 2025 , 18:47
Üç BÜRC üçün bu gündən uğurlu mövsüm başlayır
22 avqust 2025 , 18:40