“Azərsu”: “Bizdən razılıq alınmayıb”
28 mart 2013 13:28 (UTC +04:00)

“Azərsu”: “Bizdən razılıq alınmayıb”

“Masazırda hazırkı sürüşmə zonasında evlər tikilində “Azərsu” Səhmdar Cəmiyyətindən razılıq alınmayıb”. Bunu  Lent.az-a açıqlamasında qurumun rəsmisi Anar Cəbrayıllı bildirib. Onun  sözlərinə görə, həmin evlər kanalizasiya xəttinə qoşulmayıb. “Dövlət Proqramı çərçivəsində, 2013-2014-cü illər ərzində həmin qəsəbənin kanalizasiya problemi tamamilə həllini tapacaq”.- o,deyıb.

 

Qeyd edək ki, son bir həftədə Bakının Masazır qəsəbəsində torpaq sürüşməsi aktivləşib. Novruz bayramından sonra torpaq sürüşməsi daha da intensivləşib. Sürüşməyə səbəb kimi ərazidəki evlərin kanalizasiya suları göstərilir.

# 1249

Oxşar yazılar