“Facebook”da xidmət pullu olacaq - APA TV
27 mart 2013 13:44 (UTC +04:00)

“Facebook”da xidmət pullu olacaq - APA TV

 “Facebook” sosial şəbəkəsində artıq pullu xidmət tətbiq olunacaq. Yeni qaydalara əsasən dostluğumuzda olmayan insanlara mesaj ödəniş əsasında göndəriləcək. Özü də ödəniş yalnız  kredit kartı vasitəsilə həyata keçiriləcək.

 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz APA TV-yə bu dəyişikliyin “Facebook” istifadəçilərinin sayına təsir etməyəcəyini bildirdi.

 

O bu dəyişikliyi “Facebook”un daxilində baş verən proseslərlə əlaqələndirdi. Osman Gündüz yeni sosial media xidmətlərinin yaranmasını da təsiredici amil kimi qeyd etdi.

 

Qeyd edək ki, dünyada “Facebook” istifadəçilərinin sayı 1 milyardı ötüb. Azərbaycanda bu sosial şəbəkəni seçənlərin sayı 1 milyondan çoxdur.

 

Azərbaycan “Facebook” istifadəçilərinə görə 213 ölkə arasında 87-ci yerdədir. Onların təqribən 80%-i 35 yaşa qədər olan insanlardır.

# 1608
avatar

Oxşar yazılar