Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli adət ənənələrimiz və müasirlik” adlı növbəti tədbirini Zaqatalada keçirib.
Birlikdən Lent.az-a verilən məlumata görə, tədbirdə təşkilatın sədri Sevinc Əzimbəyli çıxış edərək bildirib ki, layihənin əsas məqsədi ölkə vətəndaşlarına, xüsusilə gənclərə milli vətənpərvərlik ruhunun aşılanması, milli adətlərimiz, eləcə də mənəviyyata söykənən insani prinsiplərin təbliğidir.
S. Əzimbəyli bildirib ki, hər bir insan hələ uşaq yaşlarından milli adət və ənənələrlə qarşılaşır və bu ruhda tərbiyə alır. Onun sözlərinə görə, yeni nəsil özündən əvvəlki nəslin mənəvi simasını əks etdirən mövcud adət və ənənələri heç də hər zaman olduğu kimi təkrar etmir: “Yaşadığı dövrün, şəraitin, ictimai quruluşun tələblərinə uyğun olaraq, onların köhnəlmiş hissəsini atır, mütərəqqi hissəsini inkişaf etdirir, yeniləşdirir, zənginləşdirir, dövrə uyğun olaraq yeni adət və ənənələr yaranır”.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, Zaqatala əhalisi hər zaman adət və ənənələrin, mənəvi dəyərlərin qorunmasında öndər olublar. Onun sözlərinə görə, müxtəlif millətlərin burada yaşamasına baxmayaraq, Zaqatalada hər zaman istər millətlərarası, istər dinlərarası, istərsə də məzhəblərarası qardaşlıq və
Tədbirdə Zaqatala şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Eldar Mustafayev, Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala-Balakən bölgəsi üzrə qazisi Hacı İbrahim İbrahimov və rayon ictimaiyyəti iştirak edib və mövzu ətrafında fikirlərini bölüşüblər.