"Azəryolservis" yolların gündüz rənglənməsinə aydınlıq gətirdi
28 mart 2014 17:07 (UTC +04:00)

"Azəryolservis" yolların gündüz rənglənməsinə aydınlıq gətirdi

0

Bakıda son günlər Böyük şor -Hava limanı yolunda  gündüz saatlarında yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi ilə bağlı məsələyə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC aydınlıq gətirib. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, Bakı şəhərinin avtomobil yolları, prospekt və küçələrinin hərəkət hissəsinin üfiqi nişanlanması (xətlənməsi) zamanı hava şəraiti, hərəkətin intensivliyi və digər məqamlar əsas götürülür: “Sözügedən ərazidə də sürət həddi və hərəkət şiddəti yüksək olduğu üçün işlərin gecə saatlarında aparılması təhlükəsizlik baxımından məqsədə uyğun hesab edilmir. Nəzərə almaq lazımdır ki, intensivliklə yanaşı, sürət həddi böyük olan yolun 2 zolağının gecə saatlarında bağlanması qəzaların yaranmasına səbəb ola bilər. Bütün bunları nəzərə alaraq, istər dünən Mərdəkandan Hava limanı istiqamətində, istərsə də bu gün Hava limanından Mərdəkan istiqamətində işlərin gündüz saatlarında həyata keçirilməsi sürücülərlə yanaşı, yol işçilərinin təhlükəsizliyi ilə bağlıdır”. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 918

Oxşar yazılar