(R) “ZQAN Holdinq” Novruz sevincini uşaqlar ilə bölüşdü
19 mart 2013 16:00 (UTC +04:00)

(R) “ZQAN Holdinq” Novruz sevincini uşaqlar ilə bölüşdü

0

“Məqsədimiz - hər bir uşaqda ailəyə inam hissi yaratmaq, onlara əsl bayram sevinci bəxş etməkdir”

 

Novruz bayramının gözəl ənənələrinə sadiq qalaraq, Zqan Holdinq bir sira xeyriyyə aksiyalarına  start verərək bu bayramı xüsusi qayğı və yardıma ehtiyacı olan uşaqlarla birlikdə keçirdi.

 

Valideyn  qayğısından məhrum olan və müxtəlif xəstəliklərdən əziyyət çəkən 500-dən çox uşaq Zqan Holdinq-in  sayəsində 19 və 23 mart tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təşkil edilmiş bayram şənliklərində Novruzun sevincini tam şəkildə hiss etdi.

 

Uşaqlar  əvvəl  holdinq əməkdaşları ilə birlikdə M.Müşfiqin nağılı əsasında səhnələşdirilmiş «Kosa ilə Keçəlin Şəngülüm, Şüngülüm, Məngülüm nağılı» tamaşasını seyr etdilər. Səhnədəki Aktyorların gözəl oyunu uşaqları və holdinq əməldaşlarını çox sevindirdi, zalda əsl bayram əhval-ruhiyyəsi yaratdı. Tamaşadan sonra Zqan Holding-in əməkdaşları bütün uşaqlara bayram hədiyyələrini təqdim etdilər.

 

Uşaqlarla birlikdə bu anın sevincini bölüşən Zqan Holdinqin İdarə Heyətinin Sədri Vaqif Həsənov bu cür aksiyaların vacibliyini vurğulayaraq, “Bu, bizim sizinlə birinci göruşümüz deyil. Yeni ildə olduğu kimi, bu  dəfə də Novruzu, baharın gəlməsinin sevincini sizinlə bölüşmək qərarına gəldik. Hər birimiz heç olmasa bir insana sevinc bəxş etməyin nə qədər vacib olmasını yaxşı bilirik. Uşaqları sevindirmək isə ən azından insanlıq və vətəndaşlıq borcumuzdur. Məhz, bu yüksək amalları əsas tutaraq, «Zqan Holding» bu tipli aksiyaları gələcəkdə də davam etdirəcək. Bayram şənliklərində holdinqin əməkdaşlarının kollektiv şəklində iştirak etməsində məqsədimiz - hər bir uşaqda ailəyə inam hissi yaratmaq, onlara əsl bayram sevinci bəxş etməkdir» - deyə bildirib.

 

Qeyd edək ki, ZQAN Holdinq mövcud olduğu müddətdə müxtəlif xeyriyyə layihələrinə imza atıb. Belə ki, holdinqə məxsus şirkətlərdən biri olan M-Trans uzun müddətdir ki, Bakıdakı 1 saylı uşaq evinə maddi dəstək göstərir.

 

ZQAN Holdinq Azərbaycanın Bakı şəhərində uğurlu və dinamik idarəetmə şirkəti kimi fəaliyyət göstərir. ZQAN Holdinq ZQAN Şirkətlər Qrupuna daxil olan şirkətlərin apardığı fəaliyyətinə və strateji qərarlarına rəhbərlik edir. ZQAN Şirkətlər Qrupu inşaat məhsullarının istehsalı, sığorta, telekommunikasiya, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, nəqliyyat və yükdaşıma, eləcə də daşınmaz əmlak və onun idarə edilməsi kimi sahələrdə fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 725

Oxşar yazılar