"Sədərək"dəki yanğına görə 16 nəfər müraciət edib
0
0
"Sədərək" ticarət mərkəzində baş vermiş yanğın zamanı ümumi müraciət edənlərin sayı 16 nəfər olub.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onlardan 6-na yerində yardım edilib, 10 nəfər KTM-ə aparılıb.
Qeyd olunub ki, 10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülməsində iştirak edən FHN və DİN əməkdaşlarıdır: "Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda bu hadisə ilə bağlı xəstəxanada xəstə yoxdur".
0
0