
Quş qripi ilə bağlı monitorinqlər başladı
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə epizotoloji monitorinqlər keçirəcək.
Bu barədə Lent.az-a AQTA-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, AQTA və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarının, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin mütəxəssis və əməkdaşları ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə xəstəliyə qarşı 2019-cu ilin sonu 2020-ci ilin əvvələrində epizotoloji monitorinqlər keçirəcək.
Monitorinqlər köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadasında, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq ərazilərində, eləcə də respublikamızın dənizsahili zonalarında aparılacaq. Monitorinq aparılan müddətdə sənaye əsaslı iri quşçuluq müəssisələrində, həyətyanı və kommersiya tipli quşçuluq təsərrüfatlarında saxlanılan müxtəlif növ ev quşlarından diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub.
Oxşar yazılar

Sabah dənizdə hava necə olacaq?
18 avqust 2025 , 14:08
Külək əsəcək, duman çökəcək - SABAHIN HAVASI
18 avqust 2025 , 12:50
Qan verən şəxslərin infarkt riski var? - HƏKİMLƏ MÜSAHİBƏ
18 avqust 2025 , 11:53
Bu rayonda qaz kəsiləcək
18 avqust 2025 , 10:11
Bu həftə böyük pul vədi verilən 3 BÜRC
18 avqust 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18 avqust 2025 , 08:21
Bu həftə yalnız bu 3 bürcün bəxti gətirəcək: siyahıda kimlər var
18 avqust 2025 , 00:02