ARDNŞ Türkiyədə telekanal aldı
11 aprel 2013 19:04 (UTC +04:00)

ARDNŞ Türkiyədə telekanal aldı

0

ARDNŞ Türkiyədə “Star” qəzetinin xəbər telekanalı 24 TV-ni satın alıb.

 
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, daha öncə “Petkim”i satın alan və Türkiyədə media sektoruna daxil olmaq üçün “Socar Turkey Medya" adı ilə şirkət quran ARDNŞ “Star” rəhbərliyi ilə bütün məsələlər üzrə anlaşıb və satış prosesi də həyata keçib.

 

Ancaq tərəflər hələ rəsmi məlumat yaymayıb. Türkiyə mətbuatı yazır ki, “Rixos Otelleri”nin sahibi və “Star Medya Grubu”nun ortağı Fettah Tamince “Socar Turkey Medya”ya “Star” qəzetini də satmaq istəyib, ancaq ARDNŞ “Star” qəzetini almaq istəməyib. Telekanalın sahiblərindən Tevhit Karakayanın da satışdan sonra artıq telekanalla heç bir əlaqəsi qalmayıb. Kanala isə yeni rəhbərlik təyin edilənə qədər Mustafa Karaalioğlu rəhbərlik edəcək.

 

Lent.az-ın məsələ ilə bağlı ARDNŞ-lə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1593

Oxşar yazılar