Atəşkəs yenə pozuldu
25 mart 2013 12:16 (UTC +04:00)

Atəşkəs yenə pozuldu

Atəşkəs yenə  pozulub. Bu barədə Lent. az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun işğal olunmuş Çaylı, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.  

Düşmən cavab atəşi ilə susdurulub.

# 524
avatar

Oxşar yazılar