
Avtovağzal Qurban bayramı ilə bağlı gücləndirilmiş iş rejiminə keçir
Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Qurban bayramı ilə əlaqədar avqustun 7-dən 14-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Lent.az-a qurumun mətbuat katibi Pərvin Məmmədova məlumat verib. O bildirib ki, bayram günlərində sərnişinlərin rahatlığının təmin olunması və sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslarının sərnişindaşıma prosesinə cəlb olunması ilə yanaşı, bütün zəruri tədbirlər görüləcək:
"Sərnişinlər şikayət və ya sorğularla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzinə zəng etməklə yanaşı, [email protected] e-mail ünvanına və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin “Facebook” səhifəsinə yazıb müraciət edə bilərlər.
Biletləri BBAK-ın kassalarından gündəlik və ya səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün öncəyədək əldə etmək mümkündür. Həmçinin "onlayn” qaydada bilet almaq istəyən sərnişinlər avtovagzal.az saytı üzərindən və ya mobil tətbiq vasitəsilə biletlərini təmin edə bilərlər".
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qanunsuz sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır.
Oxşar yazılar

Hansı yeməklər təkrar qızdırıldıqda əsl zəhərə çevrilir?
9 avqust 2025 , 17:48
100 il əvvəl insanların 1000 il yaşayacağı proqnozlaşdırılmışdı: niyə baş vermədi?
9 avqust 2025 , 16:12
Sabah çimərliklərdə gözlənilən hava şəraiti - PROQNOZ
9 avqust 2025 , 14:09
Leysan, dolu, duman - SABAHIN HAVASI
9 avqust 2025 , 12:25
Amerikalıların niyə ata adı yoxdur: Əvəzində nə yazırlar?
9 avqust 2025 , 11:07
Avqust 4 BÜRCƏ böyük pul gətirəcək – şanslılar AÇIQLANDI
9 avqust 2025 , 09:09
Azərbaycanda yaşıllıqlara 20 min manata yaxın ziyan dəydi
8 avqust 2025 , 18:56