Azərbaycan “Oikos” beynəlxalq təşkilatına üzv oldu
27 mart 2013 18:00 (UTC +04:00)

Azərbaycan “Oikos” beynəlxalq təşkilatına üzv oldu

0

Azərbaycan “Oikos” beynəlxalq təşkilatının İdarə Heyətinin səs çoxluğu ilə bu təşkilata üzv olub. Bu barədə mətbuata “Oikos” beynəlxalq təşkilatının Azərbaycan Nümayəndəliyinin prezidenti Kamal Cəfərov məlumat verib.

 

“Oikos-Azərbaycan” hazırda Bakıda qlobalizasiya və iqtisadi davamlılıq mövzusunda elmi konfrans keçirmək niyyətindədir. Bundan başqa, “Oikos” dəyərlərinin Azərbaycanda təbliği məqsədilə Bakıda ilk “Oikos” Yay Məktəbini keçirmək də fəaliyyət planınımıza daxildir” – deyə, Kamal Cəfərov əlavə edib.

 

Qeyd edək ki, “Oikos” davamlı iqtisadiyyat və idarəetmə sahəsində dünyada beynəlxalq tələbə təşkilatı olaraq davamlılığı və dəyişiklikləri təbliğ edənlərin aparıcı təşkilatdır. “Oikos” təşkilatı 1987-ci ildə İsveçrədə yerləşən Sent Qallen Universitetinin tələbələri tərəfindən təsis edilib. Lakin illər keçdikcə bu təşkilat iqtisadiyyat, idarəetmə və ətraf mühit sahəsində çalışan aparıcı beynəlxalq tələbə təşkilatına çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 737

Oxşar yazılar