Azərbaycan aliminin adı ümumdünya reyestrinə daxil ediləcək
11 mart 2013 16:11 (UTC +04:00)

Azərbaycan aliminin adı ümumdünya reyestrinə daxil ediləcək

0

Adil Qəribov “Ad Elmdə” mükafatına layiq görülüb

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Adil Qəribov “Ad Elmdə” fəxri mükafatına və tituluna layiq görülüb.

 

Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 11-də Böyük Britaniyanın Krallığın Direktorlar İnstitutunda keçiriləcək Beynəlxalq Sokrat mərasimi “ACHIEVEMENTS 2013”ün təqdim etdiyi “Ad Elmdə” beynəlxalq mükafatı 2012-ci ildə peşəkar fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə müxtəlif ölkələrdən olan görkəmli elm xadimləri və təşkilatlarını bir araya toplayacaq.

 

Tədbirdə iştirak etmək üçün dəvət olunan Adil Qəribov “Sokrat “adına nominasiya komitəsinin “Ad Elmdə” Fəxri mükafatına və tituluna layiq görülərək adı görkəmli alimlərin ümumdünya reyestrinə daxil ediləcək. Təltifdə Adil Qəribovun rəhbərlik etdiyi kollektivin professional, elmi-tədqiqat və mədəni-maarifçilik fəaliyyətinin “Avropa keyfiyyəti” beynəlxalq mükafatına layiq görüldüyü vurğulanır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 966

Oxşar yazılar