Azərbaycana qış gəlib
22 dekabr 2014 10:48 (UTC +04:00)

Azərbaycana qış gəlib

0
 Azərbaycan ərazisinə qış gəlib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, qış Azərbaycana dekabrın 22-si Bakı vaxtı ilə saat 03:03 dəqiqədə girib. Qışın daxil olmasına Qış Günəş duruşu deyilir. Dekabrın 22-də Qış Günəş duruşunda olarkən qış fəsli Azərbaycana daxil olub.

 

Qeyd edək ki, Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır. Dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 363

Oxşar yazılar