Azərbaycanda 22700 işsiz işlə təmin edilib
23 oktyabr 2014 18:29 (UTC +04:00)

Azərbaycanda 22700 işsiz işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanları tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 22 700 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib. Nazirlikdən Lent.az-a verilən məlimata görə, bu dövrdə 1297 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub.

DMX-nin Bakı, Naxçıvan, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki əmək birjaları tərəfindən hesabat dövründə 3143 nəfərə müvəqqəti xarakterli iş yerlərinə göndəriş verilib.

Qeyd edək ki, əmək birjaları natamam iş günü və natamam iş həftəsi üzrə işləyənlərin boş vaxtları ərzində əlavə qazanc əldə etmələri üçün onların qısa müddətli işlərlə təmin olunmasına köməklik göstərir.

Bununla əlaqədar əhalidən müxtəlif növ işlərin görülməsinə dair sifarişlər qəbul olunur və müvəqqəti xarakterli işlər üçün müraciət edən vətəndaşlara təklif edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar