Azərbaycanda əlyazmaların elektron kitabxanası yaradılacaq. Lent.az-ın verdiyi məlumata görə, bu, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin aprelin 9-da imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ında yer alıb.
Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2013-2015-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalardan istifadəni asanlaşdırmaq məqsədilə “Əlyazmaların elektron kitabxanası”nın və internet portalının yaradılmasını təmin etməlidir.