
Azərbaycanda yararsız ət satışının qarşısı alındı
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Balakən şəhəri, Tofiq Quliyev küçəsində yaşayan Çonpuzov Elgün Zeynəddin oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib.
Lent.az-a agentlikdən verilən məlumata görə, baxış zamanı Elgün Çonpuzovun həyətyanı sahəsində qanunsuz və antisanitar şəraitdə kəsimi həyata keçirilən, təxmini çəkisi 64 kiloqram olan at cəmdəyi aşkar edilib. Heyvan cəmdəyinə baxış keçirilən zaman onun bakterioloji çirklənməyə məruz qaldığı şübhəsi yaranıb.
Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.
Hazırda faktla bağlı araşdırma davam etdirilir.
Oxşar yazılar

Sabah dənizdə hava necə olacaq?
18 avqust 2025 , 14:08
Külək əsəcək, duman çökəcək - SABAHIN HAVASI
18 avqust 2025 , 12:50
Qan verən şəxslərin infarkt riski var? - HƏKİMLƏ MÜSAHİBƏ
18 avqust 2025 , 11:53
Bu rayonda qaz kəsiləcək
18 avqust 2025 , 10:11
Bu həftə böyük pul vədi verilən 3 BÜRC
18 avqust 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18 avqust 2025 , 08:21
Bu həftə yalnız bu 3 bürcün bəxti gətirəcək: siyahıda kimlər var
18 avqust 2025 , 00:02