Yasamalda su olmayacaq
17 dekabr 2014 10:11 (UTC +04:00)

Yasamalda su olmayacaq

0

Bu gün Bakının bir neçə küçəsində su olmayacaq. “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Yasamal rayonu Ələsgər Ələkbərov küçəsindən keçən 500 mm diametrli magistral su xəttinə birləşmələrin verilməsi ilə əlaqədar gün ərzində  Ə. Ələkbərov, M. Müşfiq, Ş. Mehdiyev, İ. Qutqaşenli küçələrinin bir hissəsinə, 507, 511, 522, 528, 534, 535, 547, 559, 560, 565-ci məhəllələrə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1793

Oxşar yazılar