Bakıda saxta brend çantalar satılırmış
10 aprel 2013 13:25 (UTC +04:00)

Bakıda saxta brend çantalar satılırmış

0

 

Bakıda mənşəyi məlum olmayan saxta çantaların satışının qarşısı alınıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, M.Rəsulzadə küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən Səbinə Cəfərovaya məxsus mağazada aparılan yoxlama zamanı “LOUİS VUİTTON MALLETİER” şirkətinə məxsus əmtəə nişanlarının təqlidi olan və mənşəyi məlum olmayan saxta çantaların satıldığı aşkarlanıb.

Haqsız rəqabətə yol verdiyinə görə Səbinə Cəfərova barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1413

Oxşar yazılar