Bakının əsas prospektlərindən biri bağlanacaq
06 avqust 2019 18:17 (UTC +04:00)

Bakının əsas prospektlərindən biri bağlanacaq

0
 
Aparılacaq təmir-tikinti işləri ilə əlaqədar olaraq 07.08.2019 tarixində səhər saat 8:00-dən Abdulla Şaiq küçəsindən Nəriman Nərimanov prospektinə keçid üçün nəzərdə tutulmuş geriyə dönmə yeri nəqliyyat vasitələrinin hərəkətinə bağlanacaq. 
 
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a bildirilib ki, sürücülərdən alternativ yol kimi Fuad İbrahimbəyov küçəsindən istifadə etmələri xahiş olunur. Təmir-tikinti işlərinin günün sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.
 
Dəyişikliklə əlaqədar 6 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslar Fuad İbrahimbəyov küçəsindəki ikinci geriyə dönmədən istifadə etməklə hərəkət edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 816

Oxşar yazılar