BANM-in tələbələri istehsalatı öyrənməyə peşə təlimindən başlayacaqlar
18 yanvar 2013 14:51 (UTC +04:00)

BANM-in tələbələri istehsalatı öyrənməyə peşə təlimindən başlayacaqlar

0

Bakı Ali Neft Məktəbində (BANM) “Neft-qaz” və “Kimya” mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələr tərəfindən nəzəri biliklərin möhkəmləndirilməsi üçün məqsədyönlü və məzmunlu istehsalat təcrübəsi proqramının həyata keçirilməsinə başlanılıb. İlk mərhələdə  1-ci kurs tələbələri üçün peşə təlimi təcrübəsi təşkil olunacaq. Bu barədə Lent.az-a BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Bu məqsədlə  Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov “Əməkdaşlıq” haqqında  müqavilə imzalayıblar.

 

Bakı Ali Neft  Məktəbinin rektoru Elmar  Qasımov  bildirib ki, ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma  İdarəsi  müxtəlif sahələrdə fəaliyyət  göstərən  işçilərə peşələrin özəlliklərini öyrətmək məqsədi ilə təlimlər keçir. İdarənin fəaliyyətinə görə  Beynəlxalq  Standartlaşdırma Təşkilatının İSO-9001, İSO-14001, İSO-17024, İSO-170025, və Ts- 18001 sertifikatına layiq  görülmüşdür. Tələbələrin İdarənin struktur  qurumlarında  peşə təlimi  keçməsi gələcək  mühəndisləri  müxtəlif peşələrin özəlliklərini mənimsəməyə   və onların istehsalat  təşkilatçıları kimi fəaliyyətinə zəmin yaradacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1005

Oxşar yazılar