Bir neçə rayonda qaz olmayacaq
28 mart 2014 11:20 (UTC +04:00)

Bir neçə rayonda qaz olmayacaq

0

Bu gün 4 rayonun qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 101 və 102-ci kilometrlərində, eləcə də 219 mm-lik “Goranboy QPS qaz kəməri” qolunun 0,5, 0,6 və 0,8-ci kilometrlərində əmələ gəlmiş qaz sızmalarının ləğvi ilə əlaqədar saat 17:00-dək Naftalan şəhəri və Goranboy rayonunun bir hissəsinə, saat 20:00-dək isə Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1049

Oxşar yazılar