Martın 17-də bütün peşə liseylərində buraxılış imtahanları keçirilib. Bu barədə Lent. az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
29 mərkəzdə baş tutan imtahan saat 12:00 - da başlanıb və 2 saat davam edib.
Bütün mərkəzlərdə imtahan təlimata uyğun aparılıb, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 28 şagird müxtəlif qayda pozuntusuna yol verdiyinə, o cümlədən, mobil telefonla imtahan binasına keçməyə cəhdə, imtahanın gedişinə mane olma və köçürmə hallarına görə imtahandan xaric edilib. 4 nəfərin başqasının yerinə imtahana girməyə cəhd etdiyi aşkarlanıb. Hazırda TQDK-da baş verən bu qayda pozuntusuna görə müvafiq araşdırma aparılır.
Komissiyada imtahan protokolları və cavab kartları araşdırılır. Nəticələr martın 19-dək elan olunacaq.