
Daha iki şəhərə gecə reysi bərpa olundu
Oktyabrın 18-dən etibarən Mingəçevir və Şəki istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq.
Bu barədə Lent.az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məlumat verib. O bildirib ki, avtobuslar hər gün qeyd olunan saatlarda yola düşəcək və biletlər bu gündən satışdadır.
Sərnişinlər biletləri qabaqcadan satış kassalarından səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün əvvələ kimi və ya gündəlik, eyni zamanda “avtovagzal.az” saytı və ya mobil tətbiq üzərindən “onlayn” qaydada əldə edə bilərlər.
Bakı - Mingəçevir - 23:30,
Mingəçevir - Bakı - 01:00
Bakı - Şəki - 23:30,
Şəki - Bakı - 23:30.
Qeyd edək ki, gecə reysləri 10 illik fasilədən sonra oktyabrın 1-dən bərpa olunub.
Gecə reysləri ilə bağlı ilkin mərhələdə dörd istiqamət (Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı) seçilmişdi.
Oxşar yazılar

Sabah dənizdə hava necə olacaq?
18 avqust 2025 , 14:08
Külək əsəcək, duman çökəcək - SABAHIN HAVASI
18 avqust 2025 , 12:50
Qan verən şəxslərin infarkt riski var? - HƏKİMLƏ MÜSAHİBƏ
18 avqust 2025 , 11:53
Bu rayonda qaz kəsiləcək
18 avqust 2025 , 10:11
Bu həftə böyük pul vədi verilən 3 BÜRC
18 avqust 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18 avqust 2025 , 08:21
Bu həftə yalnız bu 3 bürcün bəxti gətirəcək: siyahıda kimlər var
18 avqust 2025 , 00:02