Rus dili ( Azərbaycan məktəblərində ) dərsliyi və müəllim üçün metodik vəsaitin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilib. Bu barədə Lent. az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Seminarda dərslik müəllifləri də iştirak ediblər.
İştirakçılar dərsliyin dil və üslubu, bədii tərtibatı, dizaynı, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirib və təkliflər veriblər. Yekun rəy müəlliflərə və müvafiq quruma göndəriləcək.
TQDK-da həmçinin kimya fənninin monitorinqi ilə bağlı da seminar olub. Hazırda 5-ci siniflər üçün Azərbaycan tarixi dərsliyinin müzakirəsi gedir. Müzakirələri internetdə canlı izləmək mümkündür.